Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Gözünün qabağında oğlu əzab çəkən ana kimi deyirəm..." - Xalq artisti

Xalq artisti Könül Xasıyeva son günlər baş verən intihar hadisələrinə münasibət bildirib.
RegionTV.info
"Axşam.az"-a istinadən xəbər verir ki, xanəndə bu haqda saytımızın İnstaqram səhifəsində yazıb. O, aktrisa Zümrüd Qasımovanın intihar edənləri qınamasına dəstək olub:
"Problemsiz həyat yoxdur: hər zaman olub, var və olacaq da. Allah dərd verməsin. Dünya işığına həsrət qalanlar, yataq xəstəsi olanlar, xərçənglə çarpışanlar və bu kimi nə qədər xəstəliklər var. Allah köməkləri olsun. Amma bütün bu hallarda insan öz içində, duyğularında, hisslərində bir gözəllik yaratmalıdı və onu yaşatmalıdır. Bunu 20 il bir neçə xəstəlikdən əziyyət çəkən, eyni zamanda övladının hər gün əzab çəkdiyini görən bir insan, ana olaraq yazıram. Bu ömrü Allah bizə bircə dəfə bəxş edib, hər nəfəs bizi sona bir addım daha yaxınlaşdırır. Aldığımız nəfəsi dəyərləndirək, hər halımızla şükür edək. İntihar aciz insanların işidir. Əsas olan həyatla mübarizə aparıb, həyatda qalmaq, həyatın içində olmaq və ondan zövq almaqdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də