Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Bakıda Beynəlxalq Festival AÇILACAQ

Bu gün Bakıda Beynəlxalq Festival AÇILACAQ

Bu gün Bakıda Beynəlxalq Film Festivalının açılış mərasimi keçiriləcək.

Təntənəli açılış mərasimi saat 19:00-da Nizami Kino Mərkəzində başlayacaq.

Qeyd edək ki, festivalda 34 ölkəni təmsil edən 78 film nümayiş olunacaq. Filmlər  5-9 dekabr tarixlərində Nizami Kino Mərkəzində göstəriləcək. Giriş sərbəstdir

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən keçirilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşacaq.

Festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, Gənclər Təşkilatları Milli Şurası, “British Council”, Yunus Əmrə İnstitutudur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də