Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yenə problem yarandı - Saytlara giriş dayandırıldı

Yenə problem yarandı - Saytlara giriş dayandırıldı

Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare” xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.

Bu barıədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də