Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisindəki yaşayış binasında baş verən yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlıdır.

Məlumata görə, hadisədə ölən azyaşlılar Laçın rayonu 29 saylı tam orta məktəbin şagirdləri olub.

Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdidir.

Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də