Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!

Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!

Baş Prokurorluq vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

Müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurub:

"Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də