Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Çukur"dan GÖZLƏNİLMƏZ AYRILIQ - FOTO

Show TV-də yayımlanan məşhur "Çukur" serialında ayrılıq yaşanıb.
RegionTV.info
"qafqazinfo"-ya istinadən xəbər verir ki, aktrisa İrem Sakdan sonra Çağatay Erdenet obrazını canlandıran aktyor Nejat İşler də ekran işindən ayrılıb.
O, ssenariyə uyğun olaraq serialda öldürülüb və tamaşaçılarla vidalaşıb. Bu barədə "Çukur"un rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
"Çağatay, bir şeyi unutmusan, Koçovalılar heç vaxt unutmayacaq. Cengiz, Arık və Ogedaya salam deyin. Əlvida Çağatay. Nejat İşlerə təşəkkür edirik", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, reytinqli layihədə Aras Bulut İynemli, Erkan Kolçak Köstendil, Necip Memili, Rıza Kocaoğlu və Perihan Savaş kimi populyar simalar yer alıb.
"Çukur"dan GÖZLƏNİLMƏZ AYRILIQ - FOTO

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də