Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.
RegionTV.info "Demokrat.az"-a istinadən xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd: H.Əfəndiyeva Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
Xəbəri paylaş