
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb.
Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.
Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


