Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar SAXLANILDI

Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar SAXLANILDI
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini olan iki vətəndaş polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov da polis tərəfindən saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də