Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda bir gündə 16 nəfər edam edilib

İranda bir gündə 16 nəfər edam edilib

İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.

Bu barədə məlumatı İranda İnsan Hüquq Müdafiə Təşkilatı "Hengaw" yayıb.

Bildirilib ki, məhbuslar qətl və narkotik maddə qaçaqmalçılığında təqsirləndiriliblər.

Məlumata görə, edamlar İranın İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra olunub.

İnformasiyaya əsasən, bu ilin noyabrında İslam Respublikasında də azı 286 nəfər dar ağacından asılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də