Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda 8500 abonentin qazı kəsiləcək

Sumqayıtda 8500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də