Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yanğında qızını itirən vəkil: “Bağışla, qoruya bilmədim səni...”

Yanğında qızını itirən vəkil: “Bağışla, qoruya bilmədim səni...”

Noyabrın 21-də Yasamalda baş verən yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında təsirli paylaşım edib. 

"TikTok” hesabında qızı ilə birlikdə görüntüləndiyi fotonu paylaşan vəkil övladını qoruya bilmədiyinin təəssüfünü vurğulayıb.

"Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...”

Qeyd edək ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də