Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

37 min şagirdin yerdəyişməsi tamamlandı

37 min şagirdin yerdəyişməsi tamamlandı

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.

Qeyd olunub ki, bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib, onlardan 37000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Bildirək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də