Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Serbiyadan Bakıya birbaşa uçuşlar başlayır

Serbiyadan Bakıya birbaşa uçuşlar başlayır

Belqrad və Bakı arasında birbaşa reyslərin açılması üçün danışıqlar aparılır.

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” nın baş direktoru Jiri Marek Serbiya Radio Televiziyasına (RTS) bildirib ki, uçuşlar gələn ilin yayında başlaya bilər.

Onun sözlərinə görə, birbaşa reyslərin açılması üçün Azərbaycanla danışıqlar son mərhələdədir. “Air Serbia” Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir.

"Biz Avropada şəbəkəmizi daha da genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq. Tbilisiyə birbaşa aviareysin uğurla açılmasından sonra biz Bakıya növbəti marşrutumuzun açılması üçün danışıqların son mərhələsindəyik. Bu barədə qərar tezliklə veriləcək. Biz həmçinin Yaxın Şərqdəki istiqamətləri nəzərdən keçiririk", - deyə Marek bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də