Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünənki partlayışda ana və azyaşlı övladı da xəsarət alıb - VİDEO

Dünənki partlayışda ana və azyaşlı övladı da xəsarət alıb - VİDEO

Ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.

Partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.

Hadisə nəticəsində obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də yaralanıb.

“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.

“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilən şəxslərdən birinin anası qeyd edib.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də