Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın şahmatçılarımız DÜNYA İKİNCİSİ oldular

Qadın şahmatçılarımız DÜNYA İKİNCİSİ oldular

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.

 Milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.

 Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.

 Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

 Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də