Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda dəhşət - 4 ofisiantı “tok” vurub ÖLDÜRDÜ

Bakıda dəhşət - 4 ofisiantı “tok” vurub ÖLDÜRDÜ
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. (Mənbə: qafqazinfo)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də