
RegionTV.info "APA"-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Hüseynov Natiq Nadir oğlu həyat yoldaşı ilə mübahisə etdikdən sonra intihar etmək qərarına gəlib. O, Bakıxanov dağı kimi tanınan ərazidən özünü yerə atıb. N.Hüseynov baş-beyinin silkələnməsi, sol təpə gicgah nahiyəsinin geniş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.