Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda Zəngəzur dəlizinin açılmasını iki nəfər koordinasiya edir 

Ermənistanda Zəngəzur dəlizinin açılmasını iki nəfər koordinasiya edir 

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında “Tramp yolu”nun (Zəngəzur dəhlizi) tikintisnə dair proqramın hazırlanma mərhələsində olduğunu bildirib.

Paşinyan Amerika tərəfindən koordinatorun Dövlət katibinin köməkçisinin müavini Sonata Kalter olduğunu deyib.
 
Ermənistan tərəfində proqramı kimin əlaqələndirəcəyinə gəlincə, Paşinyan bildirib ki, koordinasiya bir neçə səviyyədə həyata keçirilir.

“Geniş kontekstdə nəqliyyat infrastrukturu və digər məsələlərdə koordinasiya Baş nazirin müavini Mher Qriqoryan səviyyəsində, sərhəd demarkasiyası, infrastruktur məsələləri xarici işlər nazirinin müavini Vahan Kostanyan vasitəsilə aparılır”, - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində "Tramp yolu”nun (Zəngəzur dəhlizi) açılması  razılaşdırılıb. “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də