
RegionTV.az Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Müşfiq Cəfərov bildrib ki, təyyarəyə minmədən öncə hər bir şəxs koronavirus testindən keçirilir:
"Testin nəticəsinə uyğun olaraq uçuşa icazə verilir. Vətəndaşlarımız İstanbul üzərindən digər ölkələrə uçuş edirlər. Düşünürəm ki, növbəti mərhələdə koronavirus testindən keçməklə Türkiyə ilə yanaşı, digər ölkələrə də uçuşa icazə verilə bilər. Təbii ki, ölkələrlə sərhədi açan zaman vətəndaşlarımızı qorumaq məqsədi ilə maksimum ehtiyatlı olmalıyıq.
Bu gün elə ölkələr var ki, yoluxma sayı olduqca çoxdur. Belə ölkələrlə uçuşları hələlik bərpa etməməliyik. Çünki quru yolla insanların gediş-gəlişi daha çox olur. Koronavirus elə bir xəstəlikdir ki, yoluxsan da həmin testdə biruzə vermir. Ancaq 3-5 gündən sonra özünü göstərməyə başlayır. Bundan əlavə quru yolla insanlar daha çox gediş-gəliş etdiyinə görə ehtiyatlı olmalı və sərhədləri açmağa tələsməməliyik".