
Türkiyə Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Fatma Meriç Yılmaz Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin 2026-cı il üçün dönəm sədrliyini üzərinə götürməsini təklif edib.
Bunu o, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında çıxışı zamanı səsləndirib.
“Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin 2026-cı il üçün dönəm sədrliyini üzərinə götürməsini təklif edirəm”, - deyə o bildirib
Fatma Meriç Yılmaz həmçinin, iki ildən bir dəyişməsi nəzərdə tutulan dönəm sədrliyinin bundan sonra hər il dəyişdirilməsini təklif kimi irəli sürüb.


