
Yaxın günlərdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcək.
Ermənistan mediası Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək Şahin Mustafayevin əslən Noyemberyan (Barana) rayonunun Cucevan (Barana) kəndində anadan olmasını, Noyemberyanda 2 nömrəli orta məktəbi bitirməsini xüsusilə qabardır.
Erməni mediası Şahin Mustafayevin əslən Ermənistandan olması və həmin ərazilərdə böyüməsi faktının həmkarı Mqer Qriqoryanla danışıqlar zamanı hər hansı rol oynayıb-oynamayacağı barədə mühakimə yürüdür.
Onların fikrincə, Mqer Qriqoryan Moskva danışıqları zamanı Azərbaycan tərəfi qarşısında Xocavənddə əsir götürülən erməni diversantların azad olunması istəyini qaldıra bilər.
modern.az