Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

318 milyon insanı gözləyən təhlükə: qorxunc proqnoz

 

2026-cı ildə təxminən 318 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.

regiontv.info xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramının (WFP) açıqlamasında deyilir.

Məlumata görə, bu rəqəm 2019-cu ilin göstəricisindən iki dəfə çoxdur.

2026-cı ildə təşkilat ən həssas təbəqədən olan 110 milyon insanı ərzaq yardımı ilə əhatə etməyi və bunun üçün təxminən 13 milyard dollar ayırmağı planlaşdırır.

Buna baxmayaraq mövcud maliyyə proqnozları göstərir ki, təşkilat bu məbləğin yalnız yarısını əldə edə bilər.

Qeyd edilib ki, qlobal ərzaq böhranı 2026-cı ildə də həll olunmayacaq. Münaqişələr, ekstremal hava hadisələri və iqtisadi qeyri-sabitliyin daha bir il kəskin ərzaq çatışmazlığına səbəb olacağı gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də