
2024-cü il parlament seçkilərində 94 saylı Ucar seçki dairəsindən deputat seçilən Ramil Həsənin mandatı TÜRKPA-nın sədri təyin edildiyinə görə 15 oktyabr 2024-cü ildə ləğv edilib. O, eyni zamanda Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini icra edirdi. Ramil Həsənin deputatlıq mandatı ləğv edildikdən sonra həmin işçi qrupuna yeni sədr təyin edilməyib.
Hüquqşünas Mehman Muradlı açıqlamasında bildirib ki, Milli Məclisdə işçi qruplarının sədrləri işçi qrupunun üzvləri arasından seçilir.
“Lakin bu işçi qrupuna üzv olan hər digər deputatlar başqa parlamentlərarası işçi qruplarının rəhbərləridirsə, o zaman ümumilikdə heç bir işçi qrupuna rəhbərlik etməyən deputat ilk növbədə işçi qrupunun üzvü seçilir. Heç bir işçi qrupuna rəhbərlik etməyən deputat qrupa əlavə olunur və sonra sədr kimi təsdiqlənir. Bu prosedur Milli Məclisin daxili əsasnaməsinə uyğun şəkildə həyata keçirilir” - deyə o bildirib..
Qeyd edək ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırda üç üzvü var. Üzv olanlardan Əli Hüseynli Azərbaycan-Macarıstan, Şahin İsmayılov Azərbaycan-Əlcəzair, Şahin Seyidzadə isə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Ümumilikdə Milli Məclisdə 124 deputatın 104-ü işçi qruplarına rəhbərlik edir. Yeni sədrin heç bir işçi qrupuna rəhbərlik etməyən digər 24 deputatdan biri olacağı gözlənilir.
Heç bir işçi qrupuna rəhbərlik etməyən deputatlar:
1. Ülviyyə Həmzəyeva
2. Gülşən Paşayeva
3. Günay Əfəndiyeva
4. Ülvi Quliyev
5. Rasim Musabəyov
6. Məlahət İbrahimqızı
7. Azər Allahverənov
8. Səbinə Salmanova
9. Ramiz Namazov
10. Əziz Ələkbərov
11. Vasif Qafarov
12. Sayyad Aran
13. Aqil Abbas
14. Novruz Aslan
15. Bədəl Bədəlov
16. Mübariz Qurbanlı
17. Ülviyyə Ağayeva
18. Asif Əsgərov
19. Eyvaz Qurbanov
20. Elman Məmmədoc
21. Rövşən Muradov
22. Mircəlil Qasımlı
23. Polad Bülbüloğlu
24. İmamverdi İsmayılov


