
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan şəhərindəki "Diri Baba" memarlıq abidəsinə mediatur təşkil edilib.
623 yaşlı türbə 14-cü əsrdə yaşamış "Diri Baba" (Pir Mərzə) ləqəbli şəxsi sufinin adını daşıyır.
Abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) göstərişi ilə tikilib.
Memarı Ustad bin Hacı (Ustad Hacı oğlu) olan türbə, rəvayətə görə, XIV əsrdə yaşamış həmən şeyxin adına tikilib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Abidələrin mühafizəsi və idarəedilməsi sektorunun müdiri Yusif Məmmədov tikili haqda məlumat verib.
O qeyd edib ki, sufinin 300 ildən çox muddətdə çürüməyən cəsədi rus istilaçılardan mühafizə etmək məqsədi ilə dəfn edilib.
Tikilidə yerli sakinlər bələdçilik və digər xidmətlər göstərirlər.
Dağ relyefinə uyğunlaşdırılması, günbəzli quruluşa malik olmasına baxmayaraq, hücrələrinin dördkünc olması türbənin əsas özəlliyidir.
"Diri Baba" abidəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2022-ci ili tarixli 76s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Dövlət Turizm Agentliyinin balansına verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 12 avqust 2022-ci ildə türbədə turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.







