
Buna səbəb ABŞ-nin tətbiq etdiyi sanksiyalardır.
Novorossiysk limanında yüklənmə üçün xam neftin qiyməti bir barel üçün 36,61 dollara düşüb.
Analoji vəziyyət Baltik dənizində hasil edilən neftdə də müşahidə olunub.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib. Bunun ardınca oktyabrın 27-də “Lukoyl” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
“Lukoil” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb .


