Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının bu ərazilərinin qazı KƏSİLDİ

Bakının 3 rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani, M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə "7 Gözəl" və "Göy Qurşağı" MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də