Rusiyanın Omsk vilayətində magistral qaz kəmərində güclü partlayış baş verib.
Bu barədə vilayət qubernatoru Vitali Xotsenko məlumat verib.
Rəsmi açıqlamaya görə, yanğın təmir işləri zamanı baş verib.
Rostovka sakinləri “Shot Telegram” kanalına bildiriblər ki, yanğından əvvəl Vrubelevo yaşayış massivi yaxınlığında güclü partlayış baş verib. Onlar səsin qonşu kəndlərdə eşidildiyini, parıltının bir neçə kilometrə qədər göründüyünü bildiriblər.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.


