Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bu Şəhərdə"nin prodüseri qaş düzəltmək əvəzinə göz çıxardı - Tamaşaçıya axmaq dedi

"Bu Şəhərdə"nin prodüseri qaş düzəltmək əvəzinə göz çıxardı - Tamaşaçıya axmaq dedi

"Bu Şəhərdə" teatrının "Ev Dar" adlı konsertində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəciyə də yer verilməsi və onun parodiya olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizodun videoyazısı sosial şəbəkələrdə geniş reaksiyalara, narazılığa səbəb olub.

Böyük əksəriyyət "Bu Şəhərdə"ni qınayıb.

“Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov məsələ ilə bağlı Ölkə.az-a açıqlamasında Heydər Əliyev Sarayına gələn tamaşaçıları təhqir edib. O bildirib ki, hansısa axmaq zaldan səhnəciyin bir hissəsini çəkib:

"Halbuki çəkiliş qadağandır. Haqqımıza giriblər. Konsertin  montajdan sonra tam versiyasını Qurban Qurbanova göstərib onun fikrini öyrənərsiniz. Kimlərsə ona fikir bildirirlərsə, fikirlər bizə maraqlı deyil".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də