Malayziya moda evlərindən biri heyrətamiz qiyməti olan yeni bir hicabla gündəmə gəlib.
Bu haqda “RojakDaily” portalı məlumat yayıb.
“Bawal Exclusive” brendi şirkət mağazasında minlərlə parlaq kristallarla bəzədilmiş 100.000 RM(Malayziya rinqqiti - təxminən 40 min 714 AZN) dəyərində bir müsəlman hicabı nümayiş etdirib.
Moda evinin qurucusu Haliza Maysurinin dediyinə görə, "Arzuların parıltcısı" adlanan 7,513 kristaldan ibarət hicab məşhur Avstriya şirkəti “Swarovski” tərəfindən “Bawal Exclusive”-ə hədiyyə olaraq hazırlanıb.
Maysuri belə bir bahalı aksessuarı satmaq niyyətində olmadığını, onu eksponat olaraq saxlayacağını bildirib.