Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il dövlət büdcəsindən 280 milyon manat geri qaytarılıb - RƏSMİ

Bu il dövlət büdcəsindən 280 milyon manat geri qaytarılıb - RƏSMİ

2025-ci ilin yanvar–oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədəMaliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də