Əməkdar artist Nigar Şabanova "Həmin Zaur" verilişində qonaq olub.
RegionTV.info xəbər verir ki, veriliş zamanı maraqlı anlar yaşanıb. Belə ki, Nigar Şabanovaya yaralı hərbçimizdən evlilik təklifi gəlib. Sənətçinin cavabı isə maraqlı olub.
"Mən əslində təxmini bilirəm kimdi. Hətta valideynlərim də bilir bu söhbəti. Hər bir xanım üçün şərəfdir hərbçi həyat yoldaşı olmaq. Amma mən qorxaram. Çünki mən elə bir insanam ki, bütün günü ancaq onu fikirləşərəm. Hətta sənətim belə kənarda qalar. Ona görə hərbçi həyat yoldaşı olmaq ondan güclü olmaq deməkdir. Mən də onu bacarmaram".
Qeyd edək ki, veriliş zamanı müğənniyə hətta 101 ədəd qızılgül gəlib.
BiG.AZ
Xəbəri paylaş