Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anar xəstəxanaya yerləşdirilib? - Fotosu yayıldı

Anar xəstəxanaya yerləşdirilib? - Fotosu yayıldı

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Anar Rzayev “Qafqazinfo”ya açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Yazıçı “Hazırda evdəsinizmi?” sualına isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.

1478280


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də