Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblərdə payız tətili başlayır - Bu tarixlərdə

Məktəblərdə payız tətili başlayır - Bu tarixlərdə

Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də