Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Trend”in keçmiş rəhbəri indi dekan İŞLƏYİR

“Trend”in keçmiş rəhbəri indi dekan İŞLƏYİR

Noyabrın 13-də Maliyyə Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

İctimai Şuraya seçilən 7 nəfərdən biri İnqilab Əhmədovdur.

O, Xəzər Universitetinin Həmkarlar Təşkilatının üzvü qismində Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.

Yaşlı və orta nəsildən olan jurnalistlər İnqilab Əhmədovu “Trend” İnformasiya Agentliyinin keçmiş rəhbəri kimi xatırlayırlar.

İnqilab Əhmədov 1995–2004-cü illərdə "Trend" İnformasiya Agentliyinin baş direktoru işləyib.

65 yaşlı İnqilab Əhmədov Lənkəranda anadan olub. 1982–1987-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. 1987–1990-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspirantura pilləsini bitirib. 2000-ci ildə Sankt–Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.

1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında müəllim vəzifəsində çalışıb. 1993-cü ildə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində elmi işçi vəzifəsində işləyib. 1997–1999-cu illərdə İqtisadiyyat Nazirliyində nazirin məsləhətçisi olub.

1995–2004-cü illərdə "Trend" agentliyinin baş direktoru, 2004–2010-cu illərdə İctimai Vəsaitin Monitorinqi Mərkəzində direktor vəzifəsində çalışıb.

İ.Əhmədov 2010-cu ildən Xəzər Universitəsində Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktorudur. O, həm də 2010-cu ildən Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanıdır.

O, həm də hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosentidir.

İ.Əhmədov 10-dan çox kitabın müəllifidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də