Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Komitə sədri sertifikasiyadan kəsilən müəllimlərdən danışdı: “Neçə il pul almısansa, geri qaytar” 

Komitə sədri sertifikasiyadan kəsilən müəllimlərdən danışdı: “Neçə il pul almısansa, geri qaytar” 
Bəzən bir valideyn 3-cü və ya 4-cü sinifdə oxuyan uşağının dediklərinə əsaslanaraq, müəllimi ittiham edir. Bəzən birinci kurs tələbəsi 40-50 il təcrübəsi olan professoru haqsız yerə tənqid edir. Bu, reallıqdır. Ona görə də təhsillə bağlı problemlər kifayət qədər çoxdur. Hər kəs danışır, amma bu danışanlar haqqında heç bir məsuliyyət nəzərdə tutulmur. Azərbaycan təhsili sovet təhsil sistemindən xilas olub, amma hələ də tam azad deyil. Müstəqillik dövründə çoxsaylı uğurlar qazanılıb.

Bunu Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri sertifikasiya prosesinin önəmindən də danışıb. 

“Mən Tbilisidə arxivdə işləyərkən bir gürcü həmkarım mənə dedi ki, Azərbaycanın bəzi rayonlarına getmək istəyir. Səbəbini soruşdum. O dedi ki, əvvəllər fermanın üzərinə universitet adı yazıb tələbə yığırdılar. Həmin tələbələr nə dərs keçirdi, nə də orada tədris üçün şərait var idi. Sadəcə, diplom alınırdı. O diplomlar bu gün başımıza bəla olub. Minlərlə insan həmin diplomu alıb şəkilçi ilə bağlayıcını aid edə bilmir. Sertifikasiya imtahanı keçirməyib nə edək?

Hər ay komitə sədri kimi qəbulum olur.  Qəbuluma gələnlərin əksəriyyəti qadınlardır. Bəziləri deyir ki, 2-3 bal çatmadı. Amma fakt budur ki, sən imtahandan keçməmisən. Onda məsələni belə qoyaq, - neçə il dərs demisən, pul almısansa o pulu geri qaytar. Çünki o tələbləri ödəməyib.  Əgər müəllim savadlı deyilsə, onun keçirdiyi dərsin nəticəsi də olmayacaq. Təhsil keyfiyyəti müəllimin keyfiyyətindən başlayır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də