
Əfsuslar olsun ki, qadınların çox böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır.
Bunu Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Komitə sədri bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə artıb, lakin uşaq bağçalarının, eləcə də gündüz qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə ümumiyyətlə olmaması, qadınları işləmək imkanlarından məhrum edir.
“Belə müəssisələrin sayının artması həm uşaqlarımızın inkişafı, həm də işin keyfiyyətinin artırılması, işçilərin övladları ilə bağlı qayğılarının azalması və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər” – deyə o bildirib.


