Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yunanıstan Azərbaycanla bağlı QƏRAR QƏBUL ETDİ - İLİN SONUNADƏK...

Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib.
RegionTV.info 
Trend-ə istinadla xəbər verir ki, qanun layihəsini hakim "Yeni demokratiya" partiyası ilə yanaşı iki müxalifət partiyası da dəstəkləyib.
Qeyd edək ki, Bolqarıstan artıq IGB ilə bağlı ikitərəfli əməkdaşlıq sazişini təsdiq edib.
IGB layihəsi hazırda tikinti mərhələsindədir. Yunanıstan ətraf mühit və energetika naziri Kostas Skrekas bildirib ki, tikintinin 52 faizi başa çatıb və layihənin bu ilin sonunadək hazır olunnması gözlənilir.
IGB daha sonra Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də