
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr müavini vurğulayıb ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:
S.Qəhrəmanovanın sözlərinə görə, bu sahədə Komitə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə bələdiyyələrin bu istiqamətdəki işi daha da təkmilləşdirilməlidir:
“Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də prioritet olmalıdır”.


