Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yeni kilsə - Bakı ofisi AÇILIR

Azərbaycanda yeni kilsə - Bakı ofisi AÇILIR

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda rəsmi qeydiyyata alınıb.

Bu gün kilsənin Bakı ofisinin açılışı keçiriləcək.

Kilsə nümayəndələri hazırda Bakıdadır və Prezident İlham Əliyev onları qəbul edib.

Nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildirlər.

Qeyd edək ki, kilsənin əsası ABŞ-da 1830-cu ildə Cozef Smit tərəfindən qoyulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də