Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gələn il dünyanı dəyişdirəcək on böyük HADİSƏ 

Gələn il dünyanı dəyişdirəcək on böyük HADİSƏ 

Britaniyanın nüfuzlu jurnalı “The Economist” hər il olduğu kimi bu dəfə də “The World Ahead” adlı xüsusi buraxılışında dünyanı qarşıda gözləyən trendləri analiz edib.

Redaktor Tom Standagenin rəhbərliyi ilə hazırlanmış “Ten Trends to Watch in 2026” adlı məqalə, həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan 2026-cı ilin konturlarını cızır.

Xəbər verir ki jurnalın üz qabığında əsas 10 mesaj özünü göstərir.

Amerikanın 250 illiyi və siyasi bölünmə

2026-cı il ABŞ tarixində mühüm bir mərhələ olacaq: ölkə müstəqilliyinin 250 illiyini qeyd edir. Ancaq bu yubiley birləşdirici deyil, əksinə, siyasi parçalanmanı daha da dərinləşdirə bilər. Demokratlar və Respublikaçılar ölkənin keçmişi, bu günü və gələcəyi haqqında tam fərqli hekayələr danışırlar. The Economist yazır ki, bu fərqli narrativlər “Amerika kimliyi” anlayışını yenidən mübahisə mövzusuna çevirəcək.

Geosiyasi sürüşmə və yeni güc balansı

Ukraynada müharibə, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və ABŞ-Çin rəqabəti beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Müəlliflərin fikrincə, dünya yeni bir “soyuq müharibə”yə bənzər mərhələyə qədəm qoyur. ABŞ öz təsir dairəsini qorumağa çalışdığı halda, Çin və Rusiya regional gücləri öz orbitinə cəlb etməyə səy göstərir.

Müharibə və sülh arasında incə xətt

2026-cı ildə hərbi gərginliklər azalmaq əvəzinə daha mürəkkəb xarakter ala bilər. Qəzza böhranının nəticələri, Ukraynadakı vəziyyət və Asiyada gərginliklər beynəlxalq sabitliyə təsir göstərəcək. “Boz zonalar”  yəni kiber, sualtı və orbital məkanlarda toqquşmalar  gələcəkdə dövlətlərarası münaqişələrin yeni forması kimi dəyərləndirilir.

Avropanın sınaq ili

Qitə həm iqtisadi, həm də siyasi təzyiqlər altındadır. Ukraynaya dəstək, müdafiə xərclərinin artması və zəif iqtisadi artım fonunda Avropa hökumətləri ictimai narazılıqla üzləşə bilər. The Economist yazır ki, “Avropa müdafiə baxımından güclənməli, lakin iqtisadi reallıqlardan uzaq düşməməlidir.”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də