Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

LGBT təbliğatına görə yeni cəza

LGBT təbliğatına görə yeni cəza
Qazaxıstan Parlamenti kütləvi informasiya vasitələrində və internetdə “LGBT təbliğatı”nın qadağan olunmasını nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.


Yeni qanuna əsasən, bu qadağanı pozan şəxslər 40 minimal hesablanmış göstərici məbləğində (2025-ci il üçün təxminən 157 min tenge (təqribən 500 manat) cərimə ediləcək, təkrar hal baş verərsə, 10 sutkayadək inzibati həbs nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, məqsəd uşaqları “sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorumaqdır”. Qanun “pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliği” ilə bağlı informasiyanın açıq məkanlarda, media və onlayn platformalarda yerləşdirilməsini məhdudlaşdırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də