Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə ard-arda 3 güclü ZƏLZƏLƏ

Türkiyədə ard-arda 3 güclü ZƏLZƏLƏ

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub.

Zəlzələlərin episentri müvafiq olaraq 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də