Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Suraxanıdakı yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş - FOTO

Suraxanıdakı yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş - FOTO

Ötən gün Bakı şəhərinin Suraxanı rayonunda baş verən yanğında 1 nəfər həyatını itirib.

Çoxmərtəbəli binada baş verən yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğında həyatını itirən şəxs Murad Ağalarov olub.

O, Vətən müharibəsi iştirakçısı idi. Murad Ağalarov Füzulinin və Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edib və bir sıra medallarla təltif edilib.

Xatırladaq ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

1477141


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də