Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gələn il kinoya pul ayrılmayacaq - Polad Bülbüloğlu narahatdır

Gələn il kinoya pul ayrılmayacaq - Polad Bülbüloğlu narahatdır

“Gələn il üçün bizim kinomuza ümumiyyətlə vəsait ayrılmayıb. Bu, büdcədə nəzərdə tutulmayıb. Bunun səbəblərini mən bilmirəm, yəqin ki, Mədəniyyət Nazirliyinin və Maliyyə Nazirliyinin nümayəndələri, müavinləri bizə izah edəcəklər”.

Bunu Mədəniyyət komitəsinin sədir Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan kinosunun böyük ənənələri var.

"Dünyada səs salmış filmlərimiz olub, “Arşın Mal Alan”dan başlayaraq, “Babək”lə davam edən gözəl film nümunələrimiz var ki, bütün dünyada tanınıb və Azərbaycan kino sənətini təmsil edib.

Belə bir halda kinoya heç bir vəsait ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsaldır ki, orada elə mütəxəssislər çalışır ki, onlar olmasa, kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə bücə ayrılması önəmlidir” – deyə komitə sədri bildirib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də