Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Farer adaları matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin stadionunda keçiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də