Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
RegionTV.info-nun "Unikal.org"-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.
Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də