Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblərdə direktor seçimi yalnız müsahibə əsasında olacaq

Məktəblərdə direktor seçimi yalnız müsahibə əsasında olacaq

Direktorların işə qəbulu üzrə müsabiqə bundan sonra yeni qaydalarla həyata keçiriləcək. Əvvəlki illərdə bu proses bir neçə mərhələdən ibarət olsa da, bu dəfə əsas diqqət pedaqoji peşəkar səriştələrə və əvvəlki qiymətləndirmə nəticələrinə yönələcək.

Bunu Məktəbdənkənar və Ümumi Təhsil Dəstək Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni mərhələdə namizədlər vakansiya seçimi həyata keçirir və bundan sonra əvvəlcədən təsdiq edilmiş ardıcıllığa uyğun şəkildə dəyərləndiriləcəklər:

“Hazırda namizədlər vakansiya seçimi aparırlar. Daha sonra onlar müəyyən edilmiş ardıcıllıqla müsahibəyə dəvət olunacaqlar. Proses yalnız müsahibə mərhələsindən ibarət olacaq”.

Nurlan İsmayılbəyli həmçinin müsahibədən keçməyən direktor namizədlərinin növbəti mərhələlərdə iştirak imkanına da aydınlıq gətirib:

“Əgər namizədlər bu mərhələdə uğur qazanmasalar, onlar növbəti elan olunacaq vakansiyalara yenidən müraciət edə və müsahibəyə dəvət ala bilərlər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də