Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İmamoğlu üçün 2352 ilədək həbs cəzası İSTƏNİLDİ

İmamoğlu üçün 2352 ilədək həbs cəzası İSTƏNİLDİ

İstanbul Baş Prokurorluğu Türkiyənin İstanbul şəhərinin sabiq bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı korrupsiya işi üzrə istintaqı başa çatdırıb.

Bu barədə şəhərin baş prokuroru Akın Gürlek məlumat verib.

Prokurorun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya faktları ilə bağlı ittiham aktı tamamlanaraq məhkəməyə göndərilib:

“İttiham aktının hazırlanması yekunlaşıb. Cinayətin törədildiyi dövrdə dövlət əmlakına dəymiş zərər 10 il ərzində ümumilikdə 160 milyard lirə (təxminən 3,8 milyard dollar) həcmində qiymətləndirilir”, – deyə Gürlek bildirib.

İttiham sənədi 3,9 min səhifədən ibarətdir. İş üzrə 402 nəfər şübhəli kimi tanınır, onlardan 102-si artıq həbsdədir.

Türkiyə mediasının məlumatına görə, əsas fiqurant və “cinayət təşkilatının qurucusu və rəhbəri” kimi təqdim edilən Əkrəm İmamoğlu üçün prokurorluq 282 ildən 2 352 ilədək həbs cəzası tələb edib.

Qeyd edək ki, İmamoğlu 23 martdan etibarən Silivri həbsxanasında saxlanılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də