Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakəndə dəhşət - it kişini dişləyib öldürdü

Balakəndə dəhşət - it kişini dişləyib öldürdü

Balakənin Mahamalar kənd sakini nəzarətsiz qalan çoban itinin hücumu nəticəsində xəsarət alaraq ölüb.

 Mahamalar kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən çoban iti ona hücum edib. Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 Yaxınlarının bildirdiyinə görə, çoban iti əvvəllər də mərhuma hücum çəkərək ona müxtəlif xəsarətlər yetiribmiş.

 Hadisənin təfərrüatları araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də